Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 02:57
Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
"Eyni zamanda qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması barədə də yalan məlumat yayıb. Bu kimi xəbərin də heç bir əsası yoxdur", - deyə o qeyd edib.