Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Əl boyda körpələrə toxunmaq canavarlıqdır” - Bayraktar

“Əl boyda körpələrə toxunmaq canavarlıqdır” - Bayraktar

Tarix: 17 Oktyabr 2020 16:21

Bayraktar pilotsuz uçuş aparatlarının yaradıcısı Səlçuk Bayraktar Ermənistanın mülki əhalini hədəf alaraq Gəncə şəhərinə raket hücumu həyata keçirməsinə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Səlçuk Bayraktar bu barədə öz Tvitter hesabında paylaşım edib.

"Müharibənin belə əxlaqı var!

Tank tanka, təyyar təyyarəyə, əsgər əsgərə, tüfəng tüfəngə...

Müdafiəsiz, günahsız vətəndaşlara, uşaqlara, əl boyda körpələrə toxunmaq qəddarlıq, qorxaqlıq, canavarlıqdır...", - o qeyd edib.

Milli.Az


Etiketlər:  Əl boyda körpələrə toxunmaq canavarlıqdır Bayraktar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ