Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mülki uçuşların hərbi məqsədlər üçün istifadəsi qəbuledilməzdir - Gürcüstan XİN

Mülki uçuşların hərbi məqsədlər üçün istifadəsi qəbuledilməzdir - Gürcüstan XİN

Tarix: 17 Oktyabr 2020 17:54

Hərbi məqsədlər üçün mülki və humanitar uçuşların istifadəsi qəbuledilməzdir və qanun pozuntusudur.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi Nazirliyinin açıqlamasında bildirilib. 

"Gürcüstanın əlində olan sənədlərə və məlumatlara görə, ölkənin hava məkanında həyata keçirilən uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına və qaydalarına tam uyğundur. Beynəlxalq hava nəqliyyatının təhlükəsizliyi və mülki uçuşların başqa məqsədlər üçün istifadə edilməməsi üçün, yükü göndərən və qəbul edən ölkələri mülki və humanitar yüklərin daşınmasına ciddi nəzarət etməyə çağırırıq", - nazirliyin müraciətində qeyd olunub.

Gürcüstan Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağdakı qarşıdurmanın kəskinləşməsindən sonra Gürcüstanın hərbi yüklərin tranziti üçün hava sahəsini tamamilə bağladığını və yalnız mülki və humanitar yüklər üçün açıq olduğunu xatırladıb.

Nazirlik həmçinin qeyd edib ki, qanun pozuntuları aşkar edilərsə və əsaslı dəlillər varsa, Gürcüstan buna sərt cavab verəcək və qanunu pozanlar beynəlxalq qanunlara görə məsuliyyət daşıyacaq.


Etiketlər:  Mülki uçuşların hərbi məqsədlər üçün istifadəsi qəbuledilməzdir Gürcüstan XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ