Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səhər yeməyindən əvvəl kofe içmək nəyə səbəb olur?

Səhər yeməyindən əvvəl kofe içmək nəyə səbəb olur?

Tarix: 17 Oktyabr 2020 23:12

Səhər yeməyindən öncə qəhvə içmək orqanizmin qan şəkəri kontrolunu poza bilər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu İngiltərədən olan alimlər bildirib. Onlar qəhvaltından öncə qəhvə içməyin qanda şəkər nəzarəti mexanizminə mənfi təsir etdyini təsbit ediblər.

İngiltərədəki Bath Universitetindən olan alimlər yaxşı olmayan yuxunun ardınca səhər yeməyi yemədən içilən qəhvənin metabolizma prosesinə təsirini araşdırıblar. Araşdırmaya cəlb olunan 29 nəfərin gecə yuxuları təqib olunub.

İlk sınaqda bu şəxslərə normal bir yuxunun ardınca səhər yeməyində alınacaq kaloriyə bərabər enerji ehtiva edən şəkərli içki verilib. İkinci sınaqda hər saatdan sonra oyandırılaraq yaxşı bir yuxu yatmalarının qarşısı alınan iştirakçılar şəkərli bir içki içib. Üçüncü təcrübədə, pis bir yuxudan sonra iştirakçılara ilk olaraq tünd şəkərsiz qəhvə və yarım saat sonra şəkərli bir içki verilib. Daha sonra onların qan şəkəri ölçülüb.

Yaxşı və ya pis yuxu yatanların şəkərində az fərq yaransa da, pis yuxudan sonra qəhvə içməyin maddələr mübadiləsinə mənfi təsir göstərdiyi və qanda şəkərin işləmə mexanizmini 50 faiz azaltdığı sübut olunub.

Tədqiqatçılardan biri James Betts, pis bir yuxudan sonra əvvəlcə qəhvə içməyin qanda şəkər nəzarətini əhəmiyyətli dərəcədə zəiflətdiyini söyləyib. Alim açıqlamasında "Bunun qarşısını almaq üçün pis bir yuxudan sonra əvvəlcə səhər yeməyi yemək lazımdır. Sonra ehtiyac olarsa, qəhvə içilə bilər", - deyib.

Tədqiqatın nəticələri "British Journal of Nutrition" da yayımlanıb.

Milli.Az


Etiketlər:  Səhər yeməyindən əvvəl kofe içmək nəyə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ