Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Virciniyada ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var

Virciniyada ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var

Tarix: 18 Oktyabr 2020 09:32

Bakı. Trend:

ABŞ-ın Harrisonberq şəhərində (Virciniya ştatı) yerləşən ticarət mərkəzlərindən birində partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib.

Virciniyanın qubernatoru Ralf Nortem öz "Twitter" səhifəsində hadisəni "qaz partlayışı" adlandırıb: "Komandam və mən bu səhər Harrisonberqdəki qaz partlayışından sonra vəziyyəti yaxından izləyirik".

Qeyd edilir ki, hazırda partlayışın səbəbi polislər tərəfindən araşdırılır.


Etiketlər:  Virciniyada ticarət mərkəzində partlayış olub xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ