Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2020 14:03
Erməni silahlı qüvvələri Tərtər rayonunu yenidən atəşə tutub.
Trend-in cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, şəhərə gecə saatlarından başlayaraq ağır artilleriya zərbələri endirilib.
Hadisə nəticəsində 2 mərmi Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbinə düşüb. Hadisə nəticəsində məktəbin sinif otaqları dağılıb, məktəbə ciddi ziyan dəyiib.