Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstan portalları: Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir

Qırğızıstan portalları: Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir

Tarix: 18 Oktyabr 2020 14:21

Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları Ermənistanın bu gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissələrini raket atəşinə tutmasını hərbi cinayət adlandırıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, portallar Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "Twitter" hesabına istinadla yazır: "Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir".

Portallar yazır ki, Ermənistanın Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 10-dan çox insan həlak olub, 40-dan çox adam yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qırğızıstan portalları Hikmət Hacıyevə istinadla yazır: "ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir".


Etiketlər:  Qırğızıstan portalları Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ