Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 15:21
Erməni silahlı qüvvələrinin oktyabrın 17-də törətdikləri təxribat nəticəsində Gəncə şəhərinə dəymiş ziyan müəyyənləşdirilir.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə şəhər icra hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, ilkin məlumata görə, hadisə nəticəsində 20 ev ermənilərin atdıqları raket zərbəsindən tam dağılıb: "Bundan başqa, şəhərdə 4 uşaq bağçası, 1 orta məktəb və bir poliklinikaya ciddi ziyan dəyib. Hazırda hadisə nəticəsində zərər çəkən digər ev və obyeklərlə bağlı araşdırmalar aparılır".
Məlumatda qeyd edilir ki, hadisə nəticəsində zərər görən yaşayış evləri və digər mülki obyektlərin sayı daha çoxdur.
Xatırladaq ki, oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. 2 yaşayış məntəqəsinə raket düşməsi nəticəsində 13 nəfər dünyasını dəyişib, 52 nəfər isə xəsarət alıb.