Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güləşçilərimiz Ukraynada 2 medal qazandı

Güləşçilərimiz Ukraynada 2 medal qazandı

Tarix: 19 Oktyabr 2020 18:10

Oktyabrın 16-dan 18-dək Ukraynada sərbəst və qadın güləşi üzrə açıq Kiyev turniri keçirilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, yarışda Ukrayna, Azərbaycan, Rusiya, Moldova, Polşa, Yunanıstan və Fransa təmsilçiləri mübarizə aparıb.

Turnirdə qadınlardan ibarət yığmamızın iki üzvü çıxış edib. Tatyana Omelçenko (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Omelçenko bu dəfə yuxarı çəkidə qüvvəsini sınamasına baxmayaraq, Aleksandra İşçenko, Manola Skobelska və Tatyana Rijkonu üstələyərək qızıl medal qazanıb.

Alyona Kolesnik (57 kq) Karina Xornomoru məğlub etdikdən sonra Solomiya Vinnikə uduzub. Ancaq Violetta Petrovskaya qalib gələn millimizin üzvü bürünc medalı boynundan asıb.

Qeyd edək ki, komanda hesabında Azərbaycan 40 xalla ikinci yeri tutub.

Milli.Az


Etiketlər:  Güləşçilərimiz Ukraynada medal qazandı


RƏYLƏR