Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cari ilin 9 ayı ərzində yol qəzalarında 131 nəfər ölüb, 263 nəfər yaralanıb - RƏSMİ

Cari ilin 9 ayı ərzində yol qəzalarında 131 nəfər ölüb, 263 nəfər yaralanıb - RƏSMİ

Tarix: 19 Oktyabr 2020 18:54

Cari ilin 9 ayı ərzində Bakı şəhəri üzrə 331 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 131 nəfər ölüb, 263 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sonxeber.net bildirir ki, bu barədə oxu.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, ümumilikdə isə Bakı şəhəri üzrə avtomobil qəzalarının sayı 20 faizə qədər azalıb:

"Aparılan profilaktik tədbirlər öz nəticəsini verir. Ötən illə müqayisədə qeydə alınan qəzaların sayı azalıb. Bu da öz növbəsində yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərin də sayının azalmasına gətirib çıxarıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün göstəricilər üzrə yol-nəqliyyat hadisələrində azalma müşahidə olunur".

V.Əsədov hərəkət iştirakçıları üçün keçirilən maarifləndirici tədbirlərin nəticəsi olaraq, avtomobil yollarında qeydə alınan qanun pozuntularının da sayının azaldığını bildirib:

"Küçə və yollarda təhlükəsiz davranış qaydalarının aşılanması üçün müvafiq tədbirlərin həyata keçirilməsi davam etdiriləcək. Ötən il avtoxuliqanlıq edən sürücülərin sayı 121 idisə, bu il bu istiqamətdə qeydə alınan qayda pozuntularının sayı 98 olub. Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən hərəkət iştirakçılarına tərtib edilən protokolların sayı ötən il 38 min olubsa, bu il 3746 protokol yazılıb və həmin piyadalar məsuliyyətə cəlb ediliblər.

Ötən il nömrəsiz nəqliyyat vasitələrinin idarəsi ilə bağlı 481 fakt qeydə alınıb, bu il  isə 430 belə fakt aşkar edilib. Sərnişindaşıma qaydalarının tələblərinin pozulması ilə bağlı ötən il 4163 protokol yazılıb, bu il isə 2535 protokol tərtib edilib.

Eyni zamanda avtomobil yollarında polisin qanuni tələblərinə əməl etməyən sürücülərlə bağlı ötən il 1326 protokol yazılıbsa, bu il 1256 protokol tərtib edilib".

"Ümumilikdə, Bakı şəhəri üzrə Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış "İ-patrul" sistemi ilə təhlükəsizliyin təmin edilməsi üçün inzibati tənbeh tədbirlərinin keçirilməsi üzrə 70 mindən çox qərar qəbul edilib", - deyə V.Əsədov qeyd edib.


Etiketlər:  Cari ilin ayı ərzində qəzalarında nəfər ölüb nəfər yaralanıb RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ