Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 19:14
"Yuventus" futbolçusu Paulo Dibalanı komandada saxlamaq niyyətindədir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Turin klubu yaxın vaxtlarda argentinalı hücumçunun müqaviləsini uzatmağı planlaşdırır.
26 yaşlı oyunçunun isə sözləşməsini yeniləmək istəyib-istəməməsi hələlik məlum deyil. Futbolçunun A Seriya klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, P.Dibala 2015-ci ildən "Yuventus"da oynayır.