Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Minsk qrupu münaqişənin tənzimlənməsi üçün heç bir iradə göstərmədi'' - Türkiyə parlamentinin sədri

''Minsk qrupu münaqişənin tənzimlənməsi üçün heç bir iradə göstərmədi'' - Türkiyə parlamentinin sədri

Tarix: 20 Oktyabr 2020 11:45

Regionda sülhün və sabitliyin təmin edilməsi üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan başqa bütün təkliflər Ermənistanı şımartmağa davam edəcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Milli Məclisin plenar iclasında çıxışı zaman deyib.

M.Şentop bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri uzun illərdir yerinə yetirilmir. O bildirib ki, Minsk qrupu münaqişənin tənzimlənəsi üçün heç bir gerçək iradə göstərmədi.

M.Şentop qeyd edib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlara əl atdı: "Lakin Ermənistan gözləmədiyi bir vəziyyətlə üzləşdi. Qəhrəman Azərbaycan ordusu torpaqların işğaldan azad edilməsinə başladı. Bəzi dövlətlər Azərbaycanı bu haqq işində günahlandırmağa başladı. Azərbaycan beynəlxalq hüquqa əsasən öz torpaqlarını işğaldan azad etməyə başladı. Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə bilməz və Azərbaycan torpaqları üzərindən öz məqsədlərini həyata keçirə bilməzlər. Türkiyə sona qədər Azərbaycanın yanındadır".


Etiketlər:  Minsk qrupu münaqişənin tənzimlənməsi üçün heç iradə göstərmədi Türkiyə parlamentinin sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ