Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dünya birliyi Gəncə faciəsinə də göz yummaqdadır'' - Tarixçi alim

''Dünya birliyi Gəncə faciəsinə də göz yummaqdadır'' - Tarixçi alim

Tarix: 20 Oktyabr 2020 13:30

XX əsrin əvvəllərində havadarlarının sifarişi və terrorçu təşkilatlar tərəfindən Azərbaycanın tarixi torpaqları əsasında bir layihə olaraq yaradılan erməni dövlətçiliyi bu gün də öz terrorçu mahiyyətini göstərməkdədir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarov deyib.

Onun sözlərinə görə, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistanın hərbi-siyası xuntası Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutmaqla öz terrorçu mahiyyətini bir daha göstərib. Bu erməni vəhşiliyi, təkcə Gəncə şəhərində çoxsaylı insan təlafatı və onlarla mülki əhalinin ağır yaralanması ilə nəticələnmişdir.

Tarixçi əlavə edib ki, bu cinayət faktı artıq Xocalı və digər soyqırımılardan sonra Azərbaycan əhalisinə qarşı erməni faşistlərinin törətdiyi növbəti qətliamlardan biridir:

"Bütün fundamental istiqamətlərdə Azərbaycana acınacaqlı şəkildə məğlub olan erməni dövləti hərbi müstəvidə də ağır məğlubiyyət günlərini yaşamaqdadır. Bu ağır məğlubiyyətin əvəzi olaraq erməni ünsürlərinin cəbhə bölgəsində azərbaycanlıları vəhşicəsinə qətlə yetirmələrinin bir adı var - erməni vəhşiliyi və terrorizm... Təəssüflər olsun ki, dünya birliyi və siyasi dairələr ermənilərin azərbaycanlılara qarşı əvvəlki qətliamlar siyasətinə biganə qaldığı kimi, Gəncə faciəsinə də göz yummaqdadır".


Etiketlər:  Dünya birliyi Gəncə faciəsinə göz yummaqdadır Tarixçi alim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ