Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 13:51
Milli Məclisin deputatı Sevil Mikayılova Ermənistanın Gəncədə mülki əhaliyə qarşı terror əməli ilə bağlı "TRT World" televiziya kanalına müsahibə verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, S.Mikayılova bildirib ki, Ermənistan silahlı qüvvələri münaqişə zonasından uzaqda yerləşən şəhərlərdə mülki vətəndaşlarımızı raket atəşinə tutur.
Deputat vurğulayıb ki, Ermənistan tərəfindən bu terror əməlinin gecə yarısı törədilməsi çoxlu sayda mülki insanın qətlə yetirilməsinə yönəlib. S.Mikayılova qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistan hakimiyyətinin bu terror əməlini pisləməli və bu cinayəti törədənlər cəzalandırılmalıdır.