Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komendant saatına qədər evinə gedib çıxa bilməyən sərnişinlər - Çıxış yolu nədir? - FOTO

Komendant saatına qədər evinə gedib çıxa bilməyən sərnişinlər - Çıxış yolu nədir? - FOTO

Tarix: 21 Oktyabr 2020 15:18

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 19 oktyabr saat 00:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldıqdan sonra yenə yollardakı problemlər özünü qabarıq şəkildə biruzə verdi. Metrodan istifadə edən minlərlə sərnişinin dadına heç ekspress avtobuslar da çata bilmir. 

Yollarda yaranan sıxlıq və sərnişinlərin daşınması üçün ayrılan marşrut xətlərindəki avtobus sayının heç də insanların hamısının Respublikada elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar saat 9-a kimi evinə çatmasına kifayət etmir. Bakı Nəqliyyat Agentliyi yaranan problemin aradan qaldırılması üçün əlavə 100 avtobusun pik saatlarda xətlərə qoşulacağını bildirsə də, vəziyyət dəyişmədi.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov yaranan poroblemlə bağlı Sonxeber.net-a danışıb:

"Hər şeyi səfərbər etmək lazımdır. Ölkədə müharibə gedir. Əldə nə qədər avtobus varsa hamısını yollara, küçələrə çıxarmaq lazımdır. Bir də iş yerlərində insanların işə gedib gəlmə vaxtlarını Nazirlər Kabinetinin tövsiyələrinə uyğun tənzimləsinlər. Tənzimləsinlər ki, adamlar əziyyət çəkməsinlər. Müvəqqəti çətinlikdir, dözmək lazımdır. Bu dəqiqə bütün ölkə, hamı, hər kəs səfərbər olmalıdır, adi vətəndaşdan tutmuş biznesmen və dövlət məmuruna qədər". 

Təhməz Əsədov


Etiketlər:  Komendant saatına qədər evinə gedib çıxa bilməyən sərnişinlər Çıxış yolu nədir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ