Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 16:21
Erməni general, Ermənistan Respublika Partiyasından olan Manvel Qriqoryan ölüm ayağındadır.
Onu Xankəndindən İrəvana aparıblar.
Sonxeber.net bildirir ki, bunu M.Qriqoryanın vəkili Levon Baqdasaryan deyib.
Oktyabrın 7-dən bəri Dağlıq Qarabağda olan Qriqoryan indi İrəvandakı xəstəxananın reaimasiya bölməsindədir.
M.Qriqoryanın səhhəti dünən qəflətən pisləşib.
Manvel Qriqoryan Cəbrayıl və Fizuli rayonlarını işğal etmiş 5-ci briqadanın komandiri olub.
Ermənilər məhz onun əmri ilə Fizuli şəhərini viran qoyublar.
M.Qriqoryan azərbaycanlı əsirlərə qarşı ağlasığmaz vəhşiliyi və qəddarlığı ilə ad çıxarmışdı.
2018-ci ildə M.Qriqoryana qarşı cinayət işi açılmışdı. O, qanunsuz odlu silah və sursat saxlamaqda, 100 milyon dollardan artıq əmlakı mənimsəməkdə (200 min dollar), vergilərdən yayınmaqda və 1 milyard dramdan artıq dövlət əmlakını "özəlləşdirmək"də suçlanmışdı.
M.Qriqoryanın arvadı Nazik Amiryana qarşı da cinayət işi açılıb.