Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir

Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir

Tarix: 22 Oktyabr 2020 07:26

Azərbaycan mübarizəsində haqlıdır, öz torpaqlarını müdafiə edir, Ermənistan isə işğalçıdır və işğal olunmuş torpaqlardan çəkilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay "CNN Türk" kanalına müsahibəsində bildirib.

F.Oktay bildirib: "Bundan öncəki Ermənistanın baş naziri deyib ki, Dağlıq Qarabağ tərəfindəki torpaqları almaqla əraziləri genişləndirməyə biz bacardıq, Türkiyə tərəfənin Ağrı dağının alınması artıq sizə, gələcək nəsillərə düşür. Belə bir dövlət siyasəti varmı?"

Prezident köməkçisi Türkiyənin Azərbaycana qoşunlarının göndərilməsi sualına cavab olaraq bildirib ki, Azərbaycan ilə Türkiyə arasında hərbi müqavilələr, hərbi əməkdaşlıq müqavilələri mövcuddur: "Ermənistan tərəfindən gözlənilməz bir addımlar olarsa və Azərbaycandan belə bir tələb gəlsə Türkiyə tərəddüd etməz, Prezidentimiz də heç tərəddüd etməz".

Milli.Az


Etiketlər:  Fuat Oktay Ermənistan işğalçıdır işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ