Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyanın Stromboli adasında vulkan püskürdü

İtaliyanın Stromboli adasında vulkan püskürdü

Tarix: 3 Iyul 2019 22:52

Bakı. Trend:

İtaliyanın Stromboli adasında güclü vulkan püskürməsi başlayıb.

Trend-in məlumatına görə, bu barədə "ANSA" agentliyi xəbər verib.

Hadisə şahidlərinin sözlərinə görə, vulkanın zirvəsindən axan lavanı görmək mümkündür.

Bundan əlavə, vulkan böyük miqdarda qara qatı tüstü buraxır.

Vulkanın yamacında gəzən turistləri su vasitəsilə xilas etməyə çalışırlar. Hadisə nəticəsində bir nəfər həlak olub, daha biri isə xəsarət alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İtaliyanın Stromboli adasında vulkan püskürdü


RƏYLƏR