Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Ombudsmanı Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Türkiyə Ombudsmanı Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Tarix: 22 Oktyabr 2020 12:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Ombudsman Aparatından Milli.Az-a verilən məlumata görə, S.Əliyeva Şərəf Malkoçla Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra Ombudsman qonaqlarla birlikdə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Ombudsman Səbinə Əliyeva Şərəf Malkoçla Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra Ombudsman qonaqlarla birlikdə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Milli.Az


Etiketlər:  Türkiyə Ombudsmanı Fəxri xiyaban Şəhidlər xiyabanını ziyarət edib FOTO


RƏYLƏR