Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 14:46
Azərbaycan yığmasının sabiq güləşçisi, SSRİ-nin əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapiv Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, o, ordumuz üçün yaradılmış fonda 20 min dollar köçürüb.
Qeyd edək ki, Oleq Krapivin Şamaxıda anadan olub. Doğulduğu şəhərdə hər il onun şərəfinə sərbəst güləş üzrə gənclər turnirlərinin keçirildiyi "Şirvan" idman klubunu tikdirib.
Krapivinin rəhbərliyi ilə Ukrayna-Azərbaycan, Heydər Əliyev adına təhsil, elm, mədəniyyət, idman mərkəzi qurulub. Azərbaycan dilini öyrənmək üçün bazar günü məktəbi açılıb. Onun köməyi ilə "Veten" vokal və rəqs ansamblı yaradılıb, Kiyevin "Bakineç" idman klubu açılıb.
2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Oleq Krapivinə "Əməkdar Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adını verib.