Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi yeni sürətli naqilsiz şarj texnologiyasını təqdim etdi

Xiaomi yeni sürətli naqilsiz şarj texnologiyasını təqdim etdi

Tarix: 22 Oktyabr 2020 21:20

Xiaomi şirkəti Çində 80 vatt gücündə olan Wireles Charging Technology adlı yeni sürətli naqilsiz şarj texnologiyasını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. 80 vatt gücündə olan bu yeni sürətli şarj texnologiyası 4000 mAh enerji tutumlu batareyanı 1 dəqiqə ərzində 10% enerji, 8 dəqiqə ərzində 50% enerji, 19 dəqiqə ərzində isə 100% enerji ilə təmin edə bilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi-nin keçmiş sürətli naqilsiz şarj texnologiyasının maksimal gücü 50 vatt təşkil edir.

Həmin texnologiya Mi 10 Ultra flaqman smartfonunda istifadə olunur. Həmin texnologiya 4500 mAh həcmli batareyanı 40 dəqiqə ərzində 100% enerji ilə təmin edir. Xiaomi-nin 80 vatt gücündə olan yeni sürətli şarj texnologiyasının nə zaman istifadəyə veriləcəyi bilinmir. Çox güman ki, o, şirkətin yeni flaqman smartfonunda istifadəyə veriləcək. Son məlumatlara əsasən şirkətin yeni flaqman smartfonu gələn ilin birinci yarısında təqdim olunacaq.


Etiketlər:  Xiaomi yeni sürətli naqilsiz şarj texnologiyasını təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ