Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 16:26
Bu gün əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pelenin 80 yaşı tamam olur.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Pele futbolçu kimi üç dəfə (1958, 1962, 1970) dünya kubokunu qazanan yeganə futbolçudur. Eyni zamanda o, 1958-ci ildə dünya çempionatının ən yaxşı gənc futbolçusu və 1970-ci ildə mundialın ən yaxşı oyunçusu seçilib.
Pele həmçinin, Qitələrarası kubokun və Libertadores kubokunun qalibi, Qitələrarası Çempionlar Supekubokunun qalibidir.
"Futbol kralı" karyerası ərzində "Santos və "Nyu-York Kosmos" komandalarında çıxış edib. Pele Braziliya millisində 92 oyuna 77 qol vurub. O, karyerası ərzində isə ümumilikdə 1363 görüşdə 1289 qol vurub.