Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevirdə binalarda yeraltı qaraj mərtəbəsinin tikintisi stimullaşdırılır

Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevirdə binalarda yeraltı qaraj mərtəbəsinin tikintisi stimullaşdırılır

Tarix: 23 Oktyabr 2020 20:52

Bakı. Trend:

Nazirlər Kabinetinin 409 nömrəli Qərarına dair izah verib.

Kabinetdən Trend-ə bildirilib ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında”, “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarında edilmiş dəyişikliklərə əsasən:

- Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaqdır;

- Tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaqdır.

Edilmiş dəyişikliklər Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcəkdir.


Etiketlər:  Sumqayıt Gəncə Xırdalan Mingəçevirdə binalarda yeraltı qaraj mərtəbəsinin tikintisi stimullaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ