Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 04:32
Bakı. Trend:
Fransa İspaniyadan sonra 1 milyondan çox koronavirusa yoluxma hallarının aşkar edildiyi ikinci Aİ ölkəsi oldu.
Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Fransa səhiyyə xidmətlərinin məlumatlarında deyilir.
Ölkədə yeni növ virusa yoluxanların ümumi sayı 104.107-yə, ölüm sayı 34.508-ə yüksəldi.Son 24 saat ərzində koronavirus testlərinin təqribən 15 faizi müsbət nəticə göstərdi: 42.032 yeni infeksiya hadisəsi qeydə alındı, 184 COVID-19 xəstəsi öldü.
Oktyabr ayında digər Avropa ölkəsi - İspaniya, koronavirusa 1 milyon yoluxma hadisəsi həddini keçib.
Fransız səlahiyyətliləri virusun yayılmasına qarşı fəal mübarizə aparırlar. Bu gündən, komendant saatı başqa 38 departamentə və Fransız Polineziyasına şamil ediləcək. İndi bu tədbir artıq İl-de-France bölgəsində və ölkənin digər səkkiz şəhərində fəaliyyət göstərir, ilk qanun pozuntusuna görə 135 avro, ikinci pozuntuya görə 3.7 min avroya qədər cərimə var.