Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MTI mütəxəssisləri ölü dilləri deşifrələməyi bacaran alqoritm yaradıblar

MTI mütəxəssisləri ölü dilləri deşifrələməyi bacaran alqoritm yaradıblar

Tarix: 24 Oktyabr 2020 08:36

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları qədim dillərin sirlərinin açılmasına çox yaxınlaşıblar. Belə ki, onlar digər dillər ilə əlaqəsinin olduğunu bilmədən ölmüş dili deşifrələməyi bacaran yeni machine learning sistemini yaradıblar. Yaradılmış yeni sistem dillər arasındakı əlaqəni təyin etməyi bacarır. Ölmüş dillər təkcə linqvistlik baxımından qəliz məsələ deyil. Onların deşifrələnməməsi səbəbilə müasir sivilizasiya nə vaxtsa həmin dillərdə danışmış insanların verdikləri məlumatlardan məhrum olurlar. Təəssüflər olsun ki, həmin dillərin çox az hissəsi yazılı vəziyyətdə günümüzə gəlib çatıb. Buna görə də Google Translate kimi sistemlər onları deşifrələyə bilmirlər.

Bəzi dillərin isə yaxşı incələnmiş qohum dilləri yoxdur. Əks halda həmin dillər arasında müqayisə aparıb prosesi davam etdirmək olardı. Çox zaman bu cür dillər durğu işarələrindən məhrum olurlar.
    Buna baxmayaraq Massaçusets Texnologiya İnstitutunun süni zəka laboratoriyasının (CSAIL) mütəxəssisləri bu sahədə inqilabi həll yaradıblar. Belə ki, onlar yaxşı araşdırılmamış qohum dilləri bilmədən ölü dilləri deşifrələməyi bacaran sistem yaradıblar. Yaradılmış yeni sistem tarixi dil biliklərindən götürülmüş bir sıra prinsipə əsaslanr. Məsələn prinsiplərdən birinə əsasən müəyyən dilin gözlənilən bir neçə inkişaf yolu mövcuddur. Bu halda dil çox nadir halda bütöv səsi itirir və ya yenisini əldə edir. Lakin dildə olan səslər bir-birilərini əvəz edə bilirlər. Məsələn P hərfinin səsi B hərfinin səsinə keçid edə bilər. Lakin P hərfinin səsi K hərfinin səsinə keçid edə bilməz. Çünki bu hərflərin səsləndirilməsində ciddi fərq var.

Beləliklə yaradılmış yeni alqoritm mümkün olan böyük həcmli dil transformasiyalarını emal etməyi bacarıb. Sözügedən alqoritm dili çoxölçülü məkana çevirib. Həmin məkanda isə nitq fərqləri uyğun vektorlar şəklində əks olunublar. Nəticədə belə model qədim dillərin sözlərini seqmentləşdirə və onları qohum dillər ilə müqayisə edə bilib. Bu üsul ilə alqoritm iki dilin oxşarlığını təyin edə bilir. Məşhur dillər üzərində aparılmış testlərdən məlum olub ki, yaradılmış alqoritm müəyyən dillərin daxil olduqları qrupları düzgün şəkildə təyin edir. Tədqiqatçıların isə yekun məqsədləri bu yeni texnologiya vasitəsilə ölmüş dilləri deşifrələməkdir.


Etiketlər:  mütəxəssisləri ölü dilləri deşifrələməyi bacaran alqoritm yaradıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ