Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Osteoporoz: 50 yaşdan sonra hər üç qadından, hər beş kişidən biri bu xəstəlikdən əziyyət çəkir

Osteoporoz: 50 yaşdan sonra hər üç qadından, hər beş kişidən biri bu xəstəlikdən əziyyət çəkir

Tarix: 24 Oktyabr 2020 23:15

Ən geniş yayılan sümük, skletek sistemi xəstəliklərindən biri də osteoporozdur. Osteoporoz dünyada ən çox yayılmış 10 xəstəlik siyahısına daxildir.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1997-ci ildən başlayaraq hər il oktyabrın 20-də Ümumdünya Osteoporozla Mübarizə Günü qeyd edilir. Bu günün məqsədi profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaqdır.

Osteo (sümük) və poroz (dəlikli) sözlərindən yaranıb. Sümüyün nazikləşməsi, deformasiyası və sınığı ilə nəticələnən metabolik xəstəlikdir. Əsasən, tədricən yaranır və zaman keçdikcə inkişaf edir. Sümükdə gedən dəyişiklikləri xarakterizə edən osteoporoz terminini ilk dəfə XIX əsrdə fransız cərrahı Yakob Lobşteyn işlədib.

Osteoporoz qlobal problem sayılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstəlik yayılma dərəcəsinə görə ürək-damar, onkoloji və şəkərli diabet xəstəliklərindən sonra qeyri-infeksion xəstəliklər arasında dördüncü yeri tutur. Statistikaya görə, dünyada 50 yaşdan sonra hər üç qadından və hər beş kişidən biri osteoporozdan əziyyət çəkir. Bu, sümüklərin kövrəkləşməsi, sümük toxumasının sıxlığının azalması ilə özünü büruzə verir.

Adətən başlanğıc mərhələdə osteoporoz heç bir əlamətlə özünü büruzə vermir. Hətta prosesin başlanılmasından illər sonra da orqanizmdə gedən dəyişikliklərdən xəbər tutmaq olmur. Sümük kütləsinin əriməsi ağrıyla müşayiət olunmur, bəzən kürəyin aşağı hissəsində sızıltılar əmələ gəlir. Sağlam sümüklərdən fərqli olaraq, osteoporoz zamanı sümük əriməsi yenilərinin yaranmasından daha sürətlə gedir, nəticədə skeletin ümumi həcmi azalır. Sümük əriməsinin miqdarı dörddə birə çatanda güclü osteoporoz başlayır.

Bu xəstəlik zamanı fəqərələrin deformasiyası, hərəkət vaxtı artan bel ağrısı, böyük və xırda sümüklərin sınıqları xarakterikdir.

Osteoporozun müalicəsi ilə travmatoloq-ortopedlər məşğul olur. Müyainəsi əsasən sümüyün sıxlığını yoxlamaq məqsədilə densitometriya müayinəsi ilə aparılır. Bundan başaqa, Rentgenlə də sümüklərin müayinəsi aparılır.

Osteoporozun profilaktikası üçün, ilk növbədə, artıq çəkidən xilas olmaq vacib sayılır. Qidalanma daim nəzarətdə saxlamalı, pəhriz gözlənməli, duzlu və ətli qidaların qəbulu minimuma endirilməlidir.

Osteoporoz müalicə edilən xəstəlikdir. Erkən dövrdə aşkarlandıqda müalicəsi effektli olur. Osteoporozun müalicəsinin ən vacib məqsəd sınıqları azaltmaq sayılır.


Etiketlər:  Osteoporoz yaşdan sonra hər üç qadından hər beş kişidən biri xəstəlikdən əziyyət çəkir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ