Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət zəmanətli kreditlərin həcmi artıb

Dövlət zəmanətli kreditlərin həcmi artıb

Tarix: 4 Iyul 2019 13:21

Bakı. Elçin Mehdiyev - Trend:

Bugünədək Azərbaycanda dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 31 mln. 99 min manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun məlumatında deyilir.

Məlumata görə, ötən ayla müqayisədə bu rəqəm 1 mln. 975 min manat və ya 6,4 faiz çox olub. Qeyd edək ki, zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə ayrılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dövlət zəmanətli kreditlərin həcmi artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ