Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın rəqibi yenə xal itirdi

''Qarabağ''ın rəqibi yenə xal itirdi

Tarix: 26 Oktyabr 2020 09:24

İsrail çempionatında 5-ci turun oyunları keçirilir.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Makkabi" də növbəti matçına çıxıb. Təl-Əviv təmsilçisi doğma meydanda "Hapoel"lə (Beer-Şeva) qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Bu mövsüm 3 oyun keçirmiş "Makkabi" bu nəticədən sonra 2 xalla 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz "Makkabi" ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də olacaq.


Etiketlər:  Qarabağın rəqibi yenə itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ