Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ştutqart'' Ailtonu ''Qarabağ''a niyə icarəyə verib? - açıqlama

''Ştutqart'' Ailtonu ''Qarabağ''a niyə icarəyə verib? - açıqlama

Tarix: 4 Iyul 2019 14:32

"Ştutqart"ın idman direktoru Sven Mislintat Ailton Silvanın "Qarabağ"a keçidindən danışıb.

Qol.az-ın "Kicker" nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəsmisi braziliyalı sol cinah müdafiəçisini oyun təcrübəsi qazanması üçün Ağdam təmsilçisinə icarəyə verdiklərini bildirib:

"Ailtonun mövqeyindəki rəqabətli vəziyyətlə əlaqədar olaraq, onun yeni mövsümdə oynamaq şansının az olduğunu düşündük. Məhz bu səbəbdən hər iki tərəfi qane edən çıxış yolu tapmağa çalışırdıq. Ailtonun inkişafını diqqətlə izləyəcəyik. Ona uğurlar arzulayırıq".

Qeyd edək ki, Ailton dünən "Qarabağ"la 1 illik icarə müqaviləsi imzalayıb.

 


Etiketlər:  Ştutqart Ailtonu Qarabağa niyə icarəyə verib açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ