Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqların müharibəyə cəlbi Ermənistanda gələcək cəmiyyətin daha aqressiv olacağını göstərir - Qafqazşünaslıq İnstitutu

Uşaqların müharibəyə cəlbi Ermənistanda gələcək cəmiyyətin daha aqressiv olacağını göstərir - Qafqazşünaslıq İnstitutu

Tarix: 26 Oktyabr 2020 18:00

Ermənistanda uşaqların müharibəyə cəlb edilməsi həm də onu göstərir ki, bu ölkədə cəmiyyətin gələcəyi daha aqressiv olacaq.

Sonxeber.net bildirir ki, bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, uşaq istismarı müxtəlif formalarda təzahür edir ki, bunlardan biri də müasir silahlı münaqişələrdə iştirakçıların gəncləşməsi, uşaqlardan silahlı əsgər kimi istifadə edilməsidir.

R.Dadaşova qeyd edib ki, heç bir beynəlxalq hüquq normasına əməl etməyən Ermənistan uşaqların müdafiəsi barədə beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr dövründə uşaqların müdafiəsi barədə 1949-cu il Cenevrə konvensiyalarını, Uşaq hüquqları haqqında Konvensiyanı, BƏT-in Uşaq əməyinin ən pis formalarının qadağan edilməsi və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair Konvensiyasını pozdu. Belə ki, terrorçu rəhbərlik qadınlar, qocalarla yanaşı, 12-13 yaşlarında uşaqları da müharibədə iştiraka cəlb edir. Uşaq hüquqları haqqında Konvensiyanın 38-ci maddəsinə əsasən, "İştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır. Üçüncü bəndinə görə isə iştirakçı dövlətlər 15 yaşına çatmayan hər hansı şəxsi öz silahlı qüvvələrində xidmətə çağırmaqdan çəkinirlər. Konvensiyanın 44-cü maddəsinə görə iştirakçı dövlətlər Konvensiyada tanınmış hüquqların təsbit olunması üçün gördükləri tədbirlər haqqında və bu hüquqların həyata keçirilməsində əldə edilmiş tərəqqi haqqında Uşaq hüquqları komitəsinə Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə məruzələr təqdim etməyi öhdələrinə götürürlər.


Etiketlər:  Uşaqların müharibəyə cəlbi Ermənistanda gələcək cəmiyyətin daha aqressiv olacağını göstərir Qafqazşünaslıq İnstitutu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ