Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tottenhem”də stabillik çatışmır” - Mourinyo

“Tottenhem”də stabillik çatışmır” - Mourinyo

Tarix: 26 Oktyabr 2020 19:18

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo sabiq klubu "Real"la London təmsilçisini müqayisə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Premyer Liqa klubunda  sabitliyin çatışmadığını deyib:

"Real"ın hücum xəttində heyrətamiz oyunçular var idi. Komandanı müəyyən şəkildə formalaşdırmağı bacardıq. Düzü, indi "Tottenhem"də yaxşı hücum oyunçularımız çoxdur. Amma stabillik çatışmır. Çünki müdafiədə də yaxşı oynamalıyıq. Bu tarazlığı tapmaq lazımdır".

Qeyd edək ki, J.Mourinyo 2010-2013-cü illərdə Madrid təmsilçisinə baş məşqçilik edib. Portuqaliyalı çalışdırıcı ötən ildən İngiltərə klubunda işləyir.

Milli.Az


Etiketlər:  Tottenhemdə stabillik çatışmır Mourinyo


RƏYLƏR