Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada ilk "multiçip" təqdim edilib

Dünyada ilk

Tarix: 27 Oktyabr 2020 20:16

ABŞ-ın "Micron Technology" çip istehsalçısı "uMCP5" adlı orijinal mikrosxem təqdim edib. Yenilik dünyada "UFS 3.1" standartlı fləş daşıyıcı və "LPDDR5" əməli yaddaş modulunu vahid korpusda birləşdirmiş ilk həldir. Şirkətin məlumatına görə, mikrosxem tezliklə bazara çıxarılacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, iki yaddaş tipinin vahid korpusda birləşdirilməsi məlumatların saxlanılması sıxlığını yüksəltmək, smartfonlarda daxili yerə, qiymətə və enerji sərfiyyatına qənaət etmək üçün nəzərdə tutulub.

Çip istehsalçısının nümayəndələri bildiriblər ki, "LPDDR4" ilə müqayisədə yeni məhsulun tərkibində istifadə edilən əməli yaddaş qurğusunun tipi enerji səmərəliliyinin 20% artımını təmin edir və "UFS 3.1" daşıyıcısının enerji sərfiyyatının azalması 40%-ə çatır, bu halda məlumatlara müraciət sürəti 20% artıb. Bundan başqa, yığcam ölçüləri sayəsində modul smartfonun daxilində 55% daha az yer tutur.

Milli.Az


Etiketlər:  Dünyada ilk multiçip təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ