Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 22:48
"Avast" antivirus proqramının istehsalçısı olan eyniadlı şirkət "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlara quraşdırılması tövsiyə edilməyən proqramların adını açıqlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkətin mütəxəssisləri əməliyyat sistemini çoxlu sayda reklamla dolduran proqramların sayının artması haqqında xəbərdarlıq edib. Belə proqramlara "Shoot Them", "Crush Car", "Rolling Scroll", "Helicopter Attack - New", "Assassin Legend - 2020 New", "Helicopter Shoot", "Rugby Pass", "Flying Skateboard", "Iron it", "Shooting Run", "Plant Monster", "Find Hidden", "Find 5 Differences - 2020 New", "Rotate Shape", "Jump Jump", "Find the Differences - Puzzle Game", "Sway Man", "Desert Against", "Money Destroyer", "Cream Trip - New" və "Props Rescue" aid edilib.
Bu proqramlar reklamdan başqa qurğuda öz mövcudluğunu gizlədə bilirlər ki, bu da onların silinməsini çətinləşdirir.
Ekspertlər bildiriblər ki, proqramların seçimi vaxtı yükləmə sayına çox da önəm vermək lazım deyil. Məsələn, yuxarıda adları çəkilən proqramlar "Google Play" internet mağazasından 8 milyon dəfədən çox yüklənilib.