Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2020 14:48
Dağlıq Qarabağda Azərbaycan icmasının əslərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıdılması bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyinin ititilməsi məqsədi güdür.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərinə işğal edilmiş ərazilərmizdə 2625 abidə qeydə alınmışdı. Onların 706-sı dövlət tərəfindən mühafizə edilib. Xüsusi əhəmiyyətə malik olan bu mədəni tarixi abidələrin 11-i beynəlxalq əhəmiyyət, 240-ı ölkə əhəmiyyətli, 455 lokal əhəmiyyətlidir:
"Rusiya arxivlərində olan məlumatlara görə, İrəvan xanlığının əarzisində 300 məscid olub, onlardan yalnız 1-i qalıb. Lakin bunu da gözə qum atmaq üçün istifadə edirlər".