Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İndiki vəziyyət evlilik kimidir" - Klopp

Tarix: 28 Oktyabr 2020 18:30

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində "Midtülland"a qalib gəldikləri matçdan (2:0) sonra komandasının durumu haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis hazırkı vəziyyəti evliliyə bənzədib:

"Ağır axşam oldu. İndi baş verənlər evlilik kimidir. Yaxşı və pis anlar var. İndi pis an deyil, dəyişkəndir. Çətin bir oyun idi. Amma 2:0 hesablı qələbə tamamilə normaldır. Ona görə də davam edirik.

100 faiz birləşməli və daha çox mübarizə aparmalıyıq. Uşaqlar da bu gün tam olaraq belə etdilər. İlk yarıda Fabinyonu itirdik. Risu Uilliams cəmi 19 yaşındadır. O, Premyer Liqadan daha çox Çempionlar Liqası matçı keçirib. Düşünürəm ki, bu nadir haldır.

Yaxşı qələbə qazandıq. Amma komanda üçün şok oldu. Çünki yenə də zədə ilə bağlı bir şey etməliyik. Fasilədə Henderson komandadan kənarlaşdırılmalı idi. O, yaxşı olduğunu bildirdi. Amma yenə də belə anlarda məsuliyyətli davranmalısan. Əvvəlcə ona "Vest Hem"lə görüşə hazır olması üçün 45 dəqiqə vaxt verməyi planlaşdırıdıq.

Bizə lazım olan son şey Fabinyonun zədələnməsi idi. Budunda problem var. Bu da heç yaxşı deyil. Yüngül ağrısı vardı və oyuna davam edə biləcəyini dedi. Açıqcası, vəziyət elə də yaxşı deyil".

Milli.Az


Etiketlər:  İndiki vəziyyət evlilik kimidir Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ