Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Badrinin oğlunun “Qalatasaray”a keçidi baş tutmadı

Badrinin oğlunun “Qalatasaray”a keçidi baş tutmadı

Tarix: 28 Oktyabr 2020 19:20

Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın "Qalatasaray"a keçidi baş tutmayıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Türkiyə nəhəngi gürcüstanlı futbolçunun çıxış etdiyi Rusiya "Rubin"inə rəsmi təklif göndərib.

Kazan təmsilçisi Xviçanı satmaqdan imtina edib. Bu barədə məlumatı klubdan veriblər: "Onlar 15 milyon avro ödəməyə hazır idi. Lakin baş direktor Rüstəm Salmanov futbolçunu satmaqdan imtina edib".

Qeyd edək ki, Gürcüstan millisinin futbolçusu Dortmund "Borussiya"sının da maraq dairəsindədir.


Etiketlər:  Badrinin oğlunun Qalatasaraya keçidi baş tutmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ