Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 15:00
Bakı. Trend:
Tərtər mütəmadi olaraq atəş altındadır. Sentyabrın 27-dən bu günə qədər rayona, ümumilikdə, 15 min 500-ə yaxın mərmi düşüb. Hətta elə olub ki, bir gündə 2280 ədəd mərmi düşüb.
Trend xəbər verir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrinin Tərtər rayonuna səfəri zamanı yerli və xarici mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, mərmilərin düşməsi nəticəsində 17 nəfər dinc sakin həlak olub: “Onlardan 1-i uşaq, 1-i isə qadındır. 61 nəfər yaralımız var. Yaralıların 51-i artıq öz evlərinə buraxılıb. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına (1-i tamamilə dağıdılıb) ziyan dəyib. Ümumilikdə, 1200-ə yaxın insan ermənilərin Tərtərə hücumundan ziyan çəkib”.