Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub - Elçin Əmirbəyov

Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub - Elçin Əmirbəyov

Tarix: 29 Oktyabr 2020 17:02

Bakı. Nərgiz Sadıxova - Trend:

Ermənistan silahlı qüvvələri Bərdə şəhərinin dinc sakinlərinə hücum məqsədilə beynəlxalq konvensiyalarla qadağan edilmiş kaset bombalarından istifadə edib.

Trend-in məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov xarici diplomatların iştirakı ilə Bərdədə keçirilən brifinqdə deyib.

O bildirib ki, xarici diplomatların hücuma məruz qalmış bölgəyə səfərinin məqsədi ermənilərin Bərdə və Tərtər sakinlərinə qarşı vəhşiliyinin bilavasitə şahidi olmaqdır.

E.Əmirbəyov qeyd edib ki, bu hücuma baxmayaraq, hazırda Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub:

“Bu gün aydındır ki, Ermənistan hökuməti münaqişənin diplomatik tənzimlənməsi yoluna qayıtmaq niyyətində deyil. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT Minsk qrupu həmsədrləri ilə birgə danışıqların aparılmasına baxmayaraq, Ermənistan Azərbaycanın dinc əhalisinə hücuma başladı”.


Etiketlər:  Bərdə sakinləri Prezidentin ordunun ətrafında səfərbər olub Elçin Əmirbəyov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ