Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 19:56
Çinin "Xiaomi" şirkəti 2020-ci ilin sentyabrında nümayiş etdirilmiş qabaqcıl "Xiaomi Mi10T" qurğusunun ucuz versiyasını - "Redmi K30S" smartfonunu təqdim edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, smartfon "Mi10T" aparatı ilə eyni olan texniki xüsusiyyətlərə malikdir: "Snapdragon 865" prosessoru, "5G" dəstəyi, 144 hers yeniləmə tezliyinə malik 6,67 düymlük ekran və 64 mp-lik əsas sensora malik 3 kameralı modul.
"Redmi K30S" smartfonunun hər iki versiyası 8 QB əməli yaddaşa malikdir, amma daxili daşıyıcının tutumu fərqlidir (128 və ya 256 QB).
"Redmi K30S" aparatı "Wi-Fi 6", "Bluetooth 5.1", "NFC" çipi və 33 vatlıq sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorla təchiz edilib.
"Redmi K30S" smartfonu Çində noyabrın 11-də 390 dollar və 415 dollara satışa çıxarılacaq.