Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 21:10
Bakı. Trend:
Birinci raket düşəndə özümü atdım çölə. Dönərxanada idim. Gördüm ayağımdan qan axır, yeriyə bilmirəm. Sürünə-sürünə getdim. Dostum qaça-qaça yanıma gəldi. Qucağına alıb məni zirzəmiyə aparmaq istədi. Qəfil ikinci raket 10 metr məsafədə qarşımıza düşdü. Onun zərbəsi məni kənara tulladı. Bu vaxt gördüm ki, qolumu hiss eləmirəm. Qoluma qəlpə dolub, qolum qırılıb. Uzanıb o vəziyyətdə də qaldım. Sonra bir də baxdım ki, xəstəxanadayam.
Trend-in məlumatına görə, bunu erməni silahlı birləşmələrinin Bərdə şəhərinə atdığı raket nəticəsində yaralanan və hazırda xəstəxanada müalicə alan Əliyev Elvin Elgiz oğlu deyib.
16 yaşlı Elvin bildirib ki, Allah əsgərlərimizin canını sağ eləsin: "Əsas onlardır, mən sağalıb yenidən normal həyata qayıdacam. Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım, amma 16 yaşım var".