Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 23:28
Bakı. Trend:
ABŞ-ın VICE News kanalı da Bərdədə 21 nəfərin ölümünə səbəb olan hücum zamanı Rusiya istehsalı olan və qadağan edilmiş kasetli döyüş sursatından istifadə olunduğunu təsdiqləyib.
Trend-in məlumatına görə, bildirilib ki, Ermənistanın hücumundan bir neçə saat sonra aparılan araşdırmalar zamanı “Amnesty International”ın hərbi mütəxəssisi Brian Kastner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerch” raket qalıqlarını və onun təsir dairəsini aşkar ediblər.