Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2020 10:03
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış yerlərini və mülki obyektlərini raket atəşinə tutmaqda davam edir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın Əhmədağalı kəndində fərdi yaşayış evlərini raket atəşinə tutub. Nəticədə bir neçə ev dağılıb, şəxsi təsərrüfatlar ciddi ziyan dəyib.