Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Azərbaycanda strateji obyektlərə zərbələr endirib - Baş prokuror

Ermənistan Azərbaycanda strateji obyektlərə zərbələr endirib - Baş prokuror

Tarix: 30 Oktyabr 2020 15:06

Bakı. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələri Azərbaycanda strateji obyektlərə zərbələr endirib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, ermənilər çox təhlükəli silahlardan istifadə edərək 5 halda "Scud" raketlərindən istifadə ediblər. Onlardan 3-ü Gəncəyə, 1-i Qəbələyə və 1-i Kürdəmirə atılıb.

Ermənilər həmçinin "Smerch" raketlərin dən də istifadə ediblər, bunlar da kaset bombalarıdır. Onlar Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir İstilik Elektrik Stansiyasını, Bakı-Ceyhan neft kəmərini, Bakı-Novorossiysk neft kəməri, Bakı-Oğuz-Qəbələ su kəmərini vurmağa cəhd ediblər".


Etiketlər:  Ermənistan Azərbaycanda strateji obyektlərə zərbələr endirib Baş prokuror


RƏYLƏR