Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocalı soyqırımını törədənlərə qarşı ədalət psinsipi olmadığına görə ermənilər hərbi cinayətlərini davam etdirirlər - Deputat

Xocalı soyqırımını törədənlərə qarşı ədalət psinsipi olmadığına görə ermənilər hərbi cinayətlərini davam etdirirlər - Deputat

Tarix: 30 Oktyabr 2020 20:28

Bakı. İlhamə İsabalayeva – Trend:

Beynəlxalq təşkilatların nümayəndələri öz gözləri ilə Bərdədə mülki əhaliyə qarşı törədilən cinayətləri, bu cinayətlərin törədilməsi üçün beynəlxalq hüquq normalarına zidd olan silahlardan istifadəni öz gözləri ilə gördükləri üçün bunu artıq gizlədə və yaxud özlərinə məxsus oyunları oynaya bilməzdilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə "Amnesty International" və "Human Rights Watch"un Ermənistanın müharibə qaydalarını pozmasını təsdiqləməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların nümayəndələri öz gözləri ilə şahid oldular ki, ermənilər Azərbaycanda mülki əhaliyə - qocalara, qadınlara, uşaqlara qarşı məqsədyönlü raket zərbələri endirir və bunu böyük insan tələfatına səbəb olan silahlardan istifadə etməklə həyata keçirirlər:

“Təəssüflə qeyd etmək istəyirəm ki, ermənilər tərəfindən indiyədək çoxsaylı kütləvi hərbi cinayətlərin törədilməsinə baxmayaraq, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı qəbul edilən qərarların icrası üçün heç bir addım atmırlar. Təcavüzkar Ermənistana qarşı da heç bir sanksiya tətbiq edilmir”.

A.Mollazadə bildirib ki, zamanında Xocalı soyqırımını törədənlərə qarşı ədalət psinsipi tətbiq olunmadığına görə ermənilər hərbi cinayətlərini davam etdirirlər:

“Buna görə də bu gün beynəlxalq təşkilatların funksiyalarını Azərbaycan özü həyata keçirir. Azərbaycan Silahlı Qüvvələri BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in Minsk Qrupunun təkliflərini həyata keçirir. Azərbaycan Silahlı Qüvvələri Ermənistanı sülhə məcbur etmək üçün sülməramlı əməliyyatlar keçirir. Çox güman ki, Haaqa hərbi tribunalının da funksiyalarını Azərbaycan Silahlı Qüvvələri özü məcbur olub həyata keçirəcək. Bu, ona görə belədir ki, beynəlxalq təşkilatlar hüququn aliliyinə məhəl qoymurlar”.


Etiketlər:  Xocalı soyqırımını törədənlərə qarşı ədalət psinsipi olmadığına görə ermənilər hərbi cinayətlərini davam etdirirlər Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ