Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi - VİDEO

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi - VİDEO

Tarix: 31 Oktyabr 2020 19:18

Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib.

Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün "Kamaz" markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

Milli.Az


Etiketlər:  Düşmənin kəşfiyyat diversiya qrupu məhv edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ