Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu?

Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu?

Tarix: 1 Noyabr 2020 20:52

3 il bundan öncə Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasını təqdim etmişdi. Lakin müxtlif texniki problemlər səbəbilə şirkət dəfələrlə onun satışını təxirə saldı və sonradan ümumiyyətlə ləğv etdi. Buna baxmayaraq şirkət bu cür cihaz konsepsiyası üzərində çalışmağa davam etdi. Halbuki belə bir cihaz hələ də satışa çıxmayıb. Məşhur insayder Jon Prosser öz Twitter hesabında sözügedən cihazın perspektivlərindən danışıb. Bu barədə Wccftech saytı xəbər verib. İnsayder bildirib ki, naqilsiz şarj stansiyası şirkətin gələn il üçün planlarına daxil deyil.

Bununla yanaşı şirkət ümumiyyətlə AirPower-in ilkin konsepsiyasından imtina edə bilər. Nəzərə alsaq ki, Apple iPhone 12 təqdimatı çərçivəsində MagSafe adlı naqilsiz şarj cihazını təqdim edib, yaxın zamanda daha bir naqilsiz şarj texnologiyasının satışa çxımasını gözləmək lazım deyil. Lakin bəzi insayderlərin fikirlərinə əsasən Apple şirkəti bu məsələdə digər planlara sahib ola bilər. Belə ki, məlumata əsasən Apple AirPower-ə alternativ olaraq daha kiçik ölçüdə naqilsiz şarj stansiyasını təqdim edə bilər.

Milli.Az


Etiketlər:  Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu


RƏYLƏR