Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ hökuməti Huawei üçün mobil prosessorların istehsalına icazə verib

ABŞ hökuməti Huawei üçün mobil prosessorların istehsalına icazə verib

Tarix: 1 Noyabr 2020 23:20

ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyalarını bir qədər sadələşdirib. Belə ki, hökumət Huawei ilə bir sıra əməkdaşlıqlara icazə verib. Verilmiş məlumata əsasən ABŞ hökuməti Huawei üçün mobil prosessorların istehsalına icazə verib. Lakin bir şərtlə ki, həmin prosessorlar 5G dəstəyini əldə etməməlidirlər. Bu barədə Financial Times saytı xəbər verib. Bu, Huawei üçün yaxşı xəbərdir. Belə ki, ABŞ sanksiyaları onu Qualcomm və MediaTek prosessorları ilə yanaşı həmçinin fərdi Kirin prosessorlarından da məhrum edir. Çünki Kirin prosessorlarının istehsalı ilə TSMC şirkəti məşğul olurdu.

TSMC isə Kirin prosesosrlarının istehsalında ABŞ texnologiyalarından istifadə edirdi. Buna görə də sentyabr ayının ortasından başlayaraq TSMC şirkəti Kirin prosessorlarının istehsalını dayandırmışdı. Bundan əlavə olaraq məlumata əsasən smartfon kameraları üçün təsvir ötürücülərinin hazırlanması ilə məşğul olan iki aparıcı şirkət Sony və OmniVision da Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə edib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Huawei ilə əməkdaşlıq üçün nəzərdə tutulmuş icazə lisenziyasını həmçinin Samsung Display şirkəti əldə etmişdi.

Milli.Az


Etiketlər:  ABŞ hökuməti Huawei üçün mobil prosessorların istehsalına icazə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ