Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2019 14:44
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Partizani” heyətinə 3 yeni futbolçu cəlb edib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Albaniya təmsilçisi “Uypeşt”dən Teofulis Solomonu transfer edib. 23 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
“Skenderbeu”dan 24 yaşlı qapıçı Aldo Teqyanı heyətinə qatan klub albaniyalı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Son olaraq İtaliyanın “Krotone” klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi Aristoteles Romero isə 2 illik sözləşməyə qol çəkib.
Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasında ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.