Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 12:48
Bakı. Samir Əli - Trend:
Bəzi kütləvi informasiya vaxsitələri və sosial şəbəkələrdə Sumqayıt
şəhərində yerləşən “Hippokrat” klinikasının zirzəmisində naməlum kişi meyitinin
aşkar edilməsi barədə məlumatlar yayılıb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qurum bildirir ki, noyabrın 1-də saat 11 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Hippokrat” klinikasının yaxınlığında naməlum kişi meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı
ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə
yetirilib.
Naməlum meyitə baxış zamanı onun üzərində heç bir xəsarət və ya xəsarət
izi aşkar edilməyib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci
(ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş
vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat
tədbirləri davam etdirilir.