Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Muğam Mərkəzi Trend İnformasiya Agentliyi ilə birgə yeni beynəlxalq layihəyə imza atıb

Muğam Mərkəzi Trend İnformasiya Agentliyi ilə birgə yeni beynəlxalq layihəyə imza atıb

Tarix: 2 Noyabr 2020 14:27

Beynəlxalq Muğam Mərkəzi Trend İnformasiya Agentliyi ilə birgə yeni beynəlxalq layihəyə imza atıb. "Havalansın Xanın səsi, Qarabağın şikəstəsi" adlı layihənin ilk buraxılışı böyük maraqla qarşılanıb. Böyük Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən ad alan layihə qədim Azərbaycan torpağı - ölkənin milli irsi olan Qarabağın tarixinə, mədəniyyətinə və sənətinə həsr edilib. Layihənin ideya müəllifi beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstanın dövlət mükafatlarının sahibi, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur.

İlk efirinin qonaqları Xalq artisti Murad Hüseynov, Əməkdar incəsənət xadimi, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM), Beynəlxalq Etnomusiqişünaslar Cəmiyyətinin üzvü, professor Sürəyya Ağayeva, AMEA Folklor İnstitutunun "Musiqi Folkloru" şöbəsinin müdiri, professor Nailə Rəhimbəyli və Niğde Ömər Xalisdəmir Universitetinin və Türkiyə Dövlət Konservatoriyasının professoru Feyzan Gövhər olub.

Azərbaycan və Türkiyənin mədəniyyət xadimləri birgə layihədə erməni vandalizmini qınayıb. Qarabağ tarixindən, Qarabağ ərazisində yerləşən mədəni abidələrdən söz açıblar.

Qeyd edək ki, bu günə kimi bir çox birgə layihələrə uğurla imza atan BMM ölkəmiz üçün böyük tarixi əhəmiyyət kəsb edən bu günlərdə fəaliyyətini vətənpərvərlik ruhunda daha da genişləndirir. Erməni vandalizmi təkcə canlılara deyil, həm də abidələrə qarşı çevrilmişdir. Belə ki, erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməmiş, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan tarixi abidələri və Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləbaran etmişlər. Erməni millətçiləri maddi mədəniyyət abidələri ilə yanaşı, xalqımızın zəngin folklor, musiqi, ədəbiyyat nümunələri və digər mənəvi sərvətlərini ardıcıl və sistemli şəkildə mənimsəməklə, əslində işğalçılıq müharibəsini həm də mədəni sərvətlər müstəvisində genişləndirirlər. Ermənilər Azərbaycan bəstəkarlarının musiqi əsərlərini, xalq mahnı və rəqslərimizi, digər mədəni irs nümunələrimizi də özününküləşdirməklə bir daha öz öz məkrli siyasətlərini həyata keçirməkdə davam edirlər.


Etiketlər:  Muğam Mərkəzi Trend İnformasiya Agentliyi ilə birgə yeni beynəlxalq layihəyə imza atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ